• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Britaniya Gürcüstanla müdafiə dialoqunu dondurdu

DÜNYA

15 Oktyabr 2024 | 11:10

Britaniya Gürcüstanla müdafiə dialoqunu dondurdu

Böyük Britaniya Gürcüstanla müdafiə dialoqunu dondurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qarret Uord bildirib.

Məlumata görə, London müdafiə sahəsində Tbilisi ilə Wardrop dialoqunu dondurub və Gürcüstan hakimiyyətinin hərəkətləri ilə bağlı iki ölkənin baş qərargah rəisləri səviyyəsində danışıqları ləğv edib.

“Son 10 ildə ilk dəfə olaraq biz illik Wardrop Yüksək Səviyyəli Nazirlər Dialoqunu dondurmaq qərarına gəldik. Həmçinin, müdafiə qərargahları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, - deyə diplomat qeyd edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR