• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Husilər Təl-Əvivi ballistik raketlə VURDU

DÜNYA

15 Sentyabr 2024 | 14:21

Husilər Təl-Əvivi ballistik raketlə VURDU

Husilər Təl-Əvivə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə husilərin rəsmi nümayəndəsi Yəhya Səriya deyib.

Onun sözlərinə görə, hücum hipersəs ballistik raketindən istifadə edilməklə həyata keçirilib.

“Yəmən ordusunun rket qüvvələri hərbi əməliyyat keçirərək işğaldakı Yaffa bölgəsində (Təl-Əvivin rayonu – red.) İsrailin hərbi obyektinə hücum edib. Əməliyyat yeni hipersəsli ballistik raketin köməyi ilə həyata keçirilib. Düşmənin müdafiə sistemləri onun qarşısını ala bilməyib”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR