• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Avropada ilk: İnsan toxumaları dronla daşındı

DÜNYA

24 Avqust 2022 | 10:10 | Müəllif: Subhan Mahmudov

Avropada ilk: İnsan toxumaları dronla daşındı

Avropada ilk dəfə olaraq insan toxumaları bir xəstəxanadan digərinə dronla daşınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Belçikanın Antverpen şəhərində baş verib.

Qeyd olunur ki, insan toxumalarını daşıyan dron 1,2 kilometrlik trayektoriyanı dörd dəqiqəyə qət edib.

O, 80 metr yüksəklikdə uçub və saatda 36 kilometr sürətlə hərəkət edib.

Bildirilir ki, sınaq zamanı dron xərçəngə yoluxmuş toxumanı 800 metr kənarda yerləşən laboratoriyaya uğurla çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026