• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Almaniya səfərbərlikdən yayınan rusları qəbul edəcək

DÜNYA

22 Sentyabr 2022 | 22:18

Almaniya səfərbərlikdən yayınan rusları qəbul edəcək

Almaniya qismən səfərbərlikdən yayınan rusları qəbul etməyə hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fezer açıqlama verib.

O, döyüşməkdən imtina edən çağırışçıların Almaniyada sığınacaq üçün müraciət edə biləcəklərini qeyd edib.

Bundan əvvəl Avropa Komissiyasının Rusiyada qismən səfərbərlik elan edildikdən sonra humanitar səbəblərdən ruslara viza vermək barədə düşündüyü bildirilmişdi. Avropa Komissiyası artıq Avropa İttifaqı ölkələri ilə məsələni müzakirə edir.

Eyni zamanda, Latviya səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına “təhlükəsizlik baxımından” humanitar viza verməyəcəklərini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik elan edilib.


SON XƏBƏRLƏR