• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Avstraliya millisində yeni baş məşqçi

İDMAN

23 Sentyabr 2024 | 13:10

Avstraliya millisində yeni baş məşqçi

Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta İngiltərənin “Kristal Pelas” klubunun sabiq futbolçusu Toni Popoviç təyin olunub.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

T.Popoviç bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib. Sabiq baş məşqçinin rəhbərliyi altında Avstraliya yığması DÇ-2022-nin 1/8 finalına qədər irəliləyib və burada Argentinaya uduzub.

Komanda DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).

Qeyd edək ki, T.Popoviç 5 il “Kristal Pelas”da oynadıqdan sonra bu komandanın məşqçilər korpusunda yer alıb. Yunanıstan və Türkiyədə də çalışmış mütəxəssis 2021-2024-cü illərdə Avstraliyanın "Melburn" klubunun baş məşqçisi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026