• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Avstriya neytral statusunu qoruyacaq”

DÜNYA

18 May 2022 | 13:33

“Avstriya neytral statusunu qoruyacaq”

Aİ-nin üzvləri İsveç və Finlandiya Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda NATO-ya üzvlüyə müraciət etmək üçün onilliklər boyu davam edən xarici siyasət mövqelərini yenidən nəzərdən keçirsələr də, Avstriya neytral statusunu qoruyacaq.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Almaniya radiosu "Deutschlandfunk"a deyib. "Bizim üçün vəziyyət bir az fərqlidir. Avstriyada neytrallığa ictimai dəstək güclüdür", - o bildirib.

Təbii qazın 80 faizini Rusiyadan alan Avstriyanın XİN rəhbəri qeyd edib ki, onun ölkəsi Ukraynaya öldürücü silahlardansa daha çox humanitar yardım göstərməyə davam edəcək. "Biz geniş miqyasda kömək edirik, lakin döyüş sursatları ilə deyil və mən hesab edirəm ki, Ukraynaya yardım yalnız döyüş sursatı səviyyəsində ola bilməz".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026