• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Avtobus qəzaya düşdü - 11 nəfər öldü

DÜNYA

13 Sentyabr 2023 | 09:34

Avtobus qəzaya düşdü - 11 nəfər öldü

Hindistanın Racastan ştatında yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki ,bu barədə yerli polis məlumat yayıb.

Hadisə gecə saat 04:30 radələrində Bharatpur şəhərində magistral yolda baş verib. Qucaratdan Uttar Pradeşə gedən avtobus nasazlıq səbəbindən yerüstü keçiddə dayanıb. Bu vaxt yüksək sürətlə hərəkət edən yük maşını avtobusa çırpılıb.

Baş nazir Narendra Modi ölənlərin hər birinin yaxınlarına 2,4 min dollar, zərərçəkənlərə isə 600 dollar məbləğində təzminat ödəniləcəyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026