• Bakı 16° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Netanyahu HƏMAS-ın hücumundan nə zaman xəbər tutub?

DÜNYA

13 Oktyabr 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Netanyahu HƏMAS-ın hücumundan nə zaman xəbər tutub?

"İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan yalnız oktyabrın 7-si səhər saat 6:29-da xəbər tutub".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Nazirlər kabineti məlumat yayıb.

Qeyd edilib ki, hücumdan əvvəl ona məlumat verilməyib.

"Baş nazir Netanyahu məlumatı daha əvvəl deyil, döyüşlərin başladığı şənbə günü saat 06:29-da aldı", - Netanyahunun ofisinin bəyanatında deyilir.

Vurğulanıb ki, bu məlumatı aldıqdan sonra o, dərhal "Kiriyyə"yə (ölkə Müdafiə Nazirliyinin Baş Qərargahı) gedib, orada mövcud vəziyyəti dəyərləndirib, hərbi-siyasi kabineti çağırıb.

Qeyd edək ki, İDF sözçüsü Daniel Həcəri daha əvvəl hərbçilərin HƏMAS-ın hücumu ilə bağlı siqnallar aldığını, lakin kəşfiyyatın dəqiq məlumat vermədiyini etiraf etmişdi./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026