• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rəisi ilə Sisi görüşdü

DÜNYA

11 Noyabr 2023 | 22:24

Rəisi ilə Sisi görüşdü

İran Prezidenti İbrahim Rəisi Ər-Riyadda Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb. 

Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, prezidentlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclası çərçivəsində görüşüblər.

Misir Prezidenti Sisi İsrail-Fələstin hadisələrində ölkəsinin daha çox əziyyət çəkdiyini bildirib. İran Prezidenti isə Qəzza xalqına humanitar yardımın çatdırılması üçün Misirin əməkdaşlığı ilə Rəfah Sərhəd Qapısının dərhal və qeyd-şərtsiz açılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, iki liderin görüşü ilk dəfədir baş tutur. Çevriliş nəticəsində devrilmiş Misirin mərhum prezidenti Məhəmməd Mursi ilə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad arasında 2013-cü ilin fevralında görüş olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026