• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Zelenski sabah ABŞ-yə səfər edəcək

DÜNYA

11 Dekabr 2023 | 22:01 | Müəllif: Subhan Mahmudov

Zelenski sabah ABŞ-yə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin Ukraynaya yardımı görüşün əsas müzakirə predmeti olacaq.  

Ağ Evin Mətbuat xidmətindən bildirilib ki, Zelenski səfər zamanı, həmçinin, Senat üzvlərinin iclasında çıxış edəcək.

Qeyd edək ki, Zelenski dekabrın 10-da Argentinaya səfər edib, burada yeni Prezident Xavyer Maylinin andiçmə mərasimində iştirak edib. Bu, Ukrayna Prezidentinin rus qoşunlarının genişmiqyaslı işğala başlamasından sonra Latın Amerikası ölkələrinə ilk səfəri idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026