• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ata və oğul dava zamanı eyvandan yıxıldılar - Biri öldü

DÜNYA

10 Yanvar 2024 | 20:48 | Müəllif: Subhan Mahmudov

Ata və oğul dava zamanı eyvandan yıxıldılar - Biri öldü

Moskvada ailə münaqişəsi iki kişinin hündürlükdən yıxılması ilə başa çatıb. Onlardan biri dünyasını dəyişib.

Bakıvaxtı.az xarici mediaya istinadən məlumatına görə, hər şey yanvarın 8-i axşam General Karbışev bulvarındakı binanın mənzilində baş verib. 57 yaşlı kişi 32 yaşlı oğlu ilə mübahisə edib və nəticədə onlar arasında dava düşüb. Dava zamanı onlar eyvana çıxıblar, bir anda yıxılıblar.

İkinci mərtəbədən yıxılma nəticəsində yaşlı kişi dünyasını dəyişib, oğlu isə onurğa sütunu zədəsi ilə xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR