Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Firuz Heydərov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini 1941-ci il təvəllüdlü Hacağa Babaliyevi vurub.
Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır. /Report




jpg-1681996900.webp)





jpg-1681985990.webp)


jpg-1681982679.webp)

