• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azad edilən ərazilərdə daha 178 mina aşkarlandı

HADİSƏ

23 May 2022 | 09:57

Azad edilən ərazilərdə daha 178 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 109, tank əleyhinə 69 mina və 155 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 413 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Azad edilən ərazilərdə daha 178 mina aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026