• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sevgilisini 6 saat dayanmadan döydü - VİDEO

HADİSƏ

21 Iyun 2022 | 18:29 | Müəllif: Subhan Mahmudov

Sevgilisini 6 saat dayanmadan döydü - VİDEO

Rusiyada Nijni Novqorod sakini birlikdə yaşadığı qadını altı saatdan artıq mənzildə müşahidə kamerası altında döyüb.

Bakıvaxtı.az REN-TV-yə istinadən xəbər verir ki, kişi videonun çəkildiyini çox gözəl bilirdi, amma o qədər sərxoş idi ki, artıq özünü saxlaya bilməyib, sevgilisini saçından sürüyərək boğub.

Qız bir neçə dəfə qaçmağa çalışsa da, sadist onu təkrar-təkrar tutdu, onu evə sürüklədi və burada döyməyə davam etdi.

Bədbəxt qadını xilas edən yeganə şey altı saatdan sonra birgə yaşadığı kişinin yorulub yuxuya getməsi olub. Bu müddət ərzində o, yaxınlarına zəng vurub kömək çağıra bilib.

"Onun heyvan olduğunu deməyəcəyəm. Həmin gecə onunla nə baş verdiyini bilmirəm. Özü dedi ki, "daxili məişət qalmaqalları səbəbindən çoxlu qəzəb yarandı", - qadın dedi.

Əldə edilən məlumata görə, kişi onunla birgə yaşadığı qadını əvvəllər də döyüb, zərərçəkmiş dəfələrlə kişi haqda polisdə şikayət ərizələri yazıb, lakin sonradan özü onları götürüb.(milli.az)

Bu dəfə o, sevgilisini bağışlamaq niyyətində deyil və ciddi şəkildə cəzalandırmaq niyyətindədir. Polis artıq faktla bağlı yoxlama aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026