• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xadimə işlədiyi evdən 24 min manat pul oğurladı

HADİSƏ

21 Iyul 2022 | 11:32

Xadimə işlədiyi evdən 24 min manat pul oğurladı

Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə iyulun 13-də rayon ərazisindəki mənzillərin birində seyfdən 10.000 manat və 8.000 avronun (14 min manat) oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən xadimə, Bakı şəhər sakini R.Cabbarova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026