• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Polis əməliyyat keçirdi - Ariz Kərimov SAXLANILDI

HADİSƏ

21 Iyul 2022 | 12:39

Polis əməliyyat keçirdi - Ariz Kərimov SAXLANILDI

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Polis Bölməsinə Digah qəsəbəsi sakini Ariz Kərimovun yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərdiyi və narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı Ariz Kərimovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi çəkisi 93 kiloqram olan 97 ədəd çətənə kolu aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Polis əməliyyat keçirdi - Ariz Kərimov SAXLANILDIPolis əməliyyat keçirdi - Ariz Kərimov SAXLANILDIPolis əməliyyat keçirdi - Ariz Kərimov SAXLANILDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026