• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ağacların kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

HADİSƏ

21 Iyul 2022 | 15:40

Ağacların kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nərimanov rayonları, Abşeron rayonu, eləcə də Xaçmaz rayonu ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 29930 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dövlət Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, faktlarla bağlı qanun pozucuları edən “Mənzərə” MTK, Abşeron rayon sakini Ruslan Nizamizadə, Xaçmaz şəhər sakini Telman Şirinbalayev barəsində akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026