• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Azad olunan ərazilərdə daha 147 mina zərərsizləşdirilib

GÜNDƏM

15 Iyul 2024 | 15:43

Azad olunan ərazilərdə daha 147 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə iyulun 8-14-də 68 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 397 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

Bildirilib ki, 1284,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.


SON XƏBƏRLƏR