• Bakı 23° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Deputatlığa ən gənc və ən yaşlı NAMİZƏDLƏR

GÜNDƏM

13 Avqust 2024 | 11:39

Deputatlığa ən gənc və ən yaşlı NAMİZƏDLƏR

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, artıq deputatlığa namizədlər arasında ən gənc və ən yaşlısı müəyyənləşib.

Belə ki, namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü Zəbulla Hüseynovdur. O tələbədir və 18 yaşı var. Gənc namizəd 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində deputat mandatı qazanmağa çalışacaq.

Ən yaşlı namizəd isə 1938-ci il təvəllüdlü Oqtay Zeynəlovdur. 86 yaşlı namizəd  38 saylı Gəncə birinci seçki dairəsində rəqibləri ilə yarışacaq. 


SON XƏBƏRLƏR

15 Iyun 2025