• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

DSMF-nin xərcləri 551 milyon manat artıb

GÜNDƏM

11 Sentyabr 2024 | 11:40

DSMF-nin xərcləri 551 milyon manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 3 faiz və ya 119 mln. manat çox olmaqla 4 mlrd. 573 mln. manat təşkil edib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 103 mln. manat artaraq 3 mlrd. 718 mln. manat olub.

Yanvar-avqust aylarında DSMF-nin xərcləri 4 mlrd. 580 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 551 mln. manat çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026