• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

AZAL Bakıdan Ammana birbaşa reys açır

CƏMİYYƏT

05 May 2022 | 13:10

AZAL Bakıdan Ammana birbaşa reys açır

“Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İordaniyanın paytaxtı Ammana birbaşa reys açır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Bakı-Amman istiqamətində birinci reys mayın 10-da həyata keçiriləcək, Ammandan Bakıya qayıdış isə mayın 17-də nəzərdə tutulub. Deməli reyslər hər həftənin çərşənbə axşamı günləri həyata keçiriləcək.

Biletlərin ilkin satış qiyməti may ayı üçün 665 manat, iyun ayı üçün 869 manat, iyul ayı üçün isə 1 187 manatdır.

Xatırladaq ki, birbaşa aviareysin açılması məsələsi bu il aprelin 4-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə keçirdiyi görüşdə müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026