• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hafiz Hacıyev Nəcməddin Sadıkovu niyə döyüb? - Özü səbəbini açıqladı

CƏMİYYƏT

04 Iyun 2022 | 11:10 | Müəllif: Subhan Mahmudov

Hafiz Hacıyev Nəcməddin Sadıkovu niyə döyüb? - Özü səbəbini açıqladı

"Nəcməddin Sadıkov hələ vəzifədə olan vaxtda mən demişəm ki, o, dələduzun biridir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Müsavat TV-nin "Canlı debat" verilişində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

O, Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, general-polkovnik N.Sadıqovu çoxdan tanıdığını və illər öncə onunla aralarında bir insidentin yarandığını deyib: "Elçibəy hakimiyyəti dövründə, Kəlbəcər əldən gedən ərəfədə Xanlar rayonunda qərargah yaradılmışdı. O vaxt onun vəzifəsi aşağı idi. Mən də o vaxt nazir kimi o qərargahda üzv idim. Pənah Hüseyn, digərləri bunu bilir. Mən orda Nəcməddin Sadıkovun hərəkətlərinə dözə bilməyib, onu döydüm. Çaykəndin yuxarı hissəsində, Toğana deyilən yerdə vurdum onu. Mən dedim ki, "sən bizim əsgərləri niyə döyürsən? Görürsən ki, bunun ayağının içi yaşdır, üzü qırxılmayıb, əziyyət çəkir. Gecəsi-gündüzü yoxdur. Sən bunu döyməklə nə demək istəyirsən?"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026