• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

AZAL bu şəhərə  reyslər açır

CƏMİYYƏT

14 Dekabr 2022 | 16:10

AZAL bu şəhərə reyslər açır

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.

AZAL-dan Bakıvaxtı.az-a verilən məlumata görə, aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL həmçinin Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi saytından www.azal.az, habelə aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək olar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026