• Bakı 19° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

AZAL-dan COP29 ərəfəsində xüsusi endirimlər təklifi

CƏMİYYƏT

07 Oktyabr 2024 | 12:03 | Müəllif: Qalib İbrahimoğlu

AZAL-dan COP29 ərəfəsində xüsusi endirimlər təklifi

Bu ilin 11-22 noyabr tarixləri arasında Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkəyə səfər edəcək şəxslərə “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən xüsusi endirimlər təklif edilir.

Bu barədə Bakıvaxtı.az-a qurumdan bildirilib.

Verlən xəbərə görə, kampaniya çərçivəsində COP29 ərəfəsində Bakıya səfər etmək niyyətində olan şəxslər AZAL-ın biznes, premium ekonom və ekonom siniflərindən olan aviabiletlərini 10% endirimlə əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabilet alışı zamanı VISITCOP29 promokodundan istifadə etməlidirlər.

    Güzəştlərdən AZAL-ın bütün beynəlxalq müntəzəm reysləri üzrə səyahət edən və yaşı 18-dən yuxarı olan şəxslər yararlana bilərlər. Endirimli aviabiletləri 08 noyabr 2024-cü il tarixinədək əldə etmək mümkündür. Qeyd edək ki, güzəştli aviabiletlər yalnız bu ilin 1 noyabr – 1 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Sentyabr 2026