Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilən beynəlxalq qurumlar siyahısında Avropa Şurası Parlament Assambleyası (AŞPA) yoxdur.
Bakıvaxtı.az bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, Xarici İşlər Nazirliyi 7 beynəlxalq təşkilatı dəvət edib: “ATƏT DTİHB, MDB, İƏT, GUAM, QH Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır”. /Apa
















