• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycan-Misir sənədləri imzalandı

SİYASƏT

28 Yanvar 2023 | 12:46 | Müəllif: Subhan Mahmudov

Azərbaycan-Misir sənədləri imzalandı

Yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər naziri Sameh Həssən Şukri imzalayıblar.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər naziri Sameh Həssən Şukri imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misirin planlaşdırma və iqtisadi inkişaf naziri xanım Hala Helmi Elsaid imzalayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026