• Bakı 11° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Qarabağ sevdasından əl çəkməsələr, Ermənistan batacaq - AÇIQLAMA

SİYASƏT

27 Fevral 2023 | 11:34 | Müəllif: Qalib İbrahimoğlu

Qarabağ sevdasından əl çəkməsələr, Ermənistan batacaq - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ruben Vardanyan Qarabağda yerləşən qondarma rejimin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılıb. Onun uzaqlaşdırılmasından sonra Qarabağ erməniləri arasında və qondarma rejimdə çaşqınlıq vəziyyəti yaranıb. Azərbaycan bundan istifadə edərək Qarabağ ermənilərinə hansı üsullarla təsir göstərə bilər?

Politoloq Cümşüd Nuriyevin Bakıvaxtı.az-a dediyinə görə, Azərbaycanın Qarabağ ermənilərinə təsir göstərməyinə ehtiyac yoxdur:

“Çünki Qarabağ ermənilərinin arasındakı qarşıdurmanın yaranmasında bizim ekofəalların çox böyük rolu oldu. Bundan əlavə, daxili ermənilərlə alban ermənilərinin, həm Vardanyanla Arutunyan, əldəqayırma rejimlə Paşinyan hakimiyyəti arasında qarşıdruma var. Görünən odur ki, Azərbaycanın yürütdüyü xarici siyasət öz işini görməkdədir”.

Müsahibimiz deyir ki, Vardanyanın “vəzifə”dən uzaqlaşması da ölkə Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı ilə bağlıdır: “Yəni, cənab Prezdient bildirdi ki, biz gəlmələrlə yox, yerli ermənilərlə görüşüb söhbət edə bilərik”.

C.Nuriyevin sözlərinə görə, artıq minlərlə erməni müraciət edib: “Onların məşhur bir blogeri ermənilərə müraciətində bildirdi ki, Azərbaycanla münasibət qurmaqdan başqa yolları yoxdur. Azərbaycanın düşməni olan Vladimir Poqosyan da dedi ki, Azərbaycanın İlham Əliyev kimi prezidenti var, ona görə də müəyyən məsələlərdə azərbaycanlılarla razılaşmalıdılar”.

“Onlar əminliklə bildirirlər ki, Qarabağ sevdasından əl çəkməsələr, Ermənistan da batacaq. Vardanyan da Rusiyanın göndərdiyi adam idi, lakin layihəsini həyata keçirə bilmədi. Vardanyanın getməsi daha çox Paşinyanın xeyrinə oldu. Amma eyni zamanda bu, Azərbaycanın siyasi qələbəsidir”, - deyə Cümşüd Nuriyev əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR