• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Azərbaycan neftinin qiyməti artıb

İQTİSADİYYAT

13 Avqust 2024 | 09:51

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dolları, yaxud 1,54 % artaraq 84.66 ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az birja məlumatlarına istinadla xəbər verir.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 81,70 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


SON XƏBƏRLƏR

14 Yanvar 2025