"Son iki həftədir ki, xarici və ölkə mediasında "COVID-19-a qarşı yeni dərmanlarla bağlı müzakirələr gedir".
Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan səhiyyə qurumları tərəfindən nəzarət altındadır: "Yetərincə elmi məlumat toplandıqdan və qərar verildikdən sonra o dərmanların Azərbaycana gətirilməsi planlaşdırılır. Əlbəttə ki, bu dərmanlar vaksinasiyanın yerini tutmayacaq. Bu dərmanlar sadəcə, virusun ağırlaşmağının qarşısını almağa kömək edəcək".
Nuranə Daxilqızı






jpeg-1643288606.webp)

jpg-1643284970.webp)







