• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Yoluxma sayı yenə ARTDI, 14 nəfər öldü

CƏMİYYƏT

27 Yanvar 2022 | 16:30 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxma sayı yenə ARTDI, 14 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib. 14 663 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, bu günə qədər isə ümumilikdə 6 107 416 test icra olunub.


Yoluxma sayı yenə ARTDI, 14 nəfər öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR