• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Sabah hava yağıntılı olacaq

CƏMİYYƏT

26 Fevral 2022 | 12:24 | Müəllif: Qalib İbrahimoğlu

Sabah hava yağıntılı olacaq

Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

 ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-14° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR