• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Onlar Qarabağda müvəqqətidirlər" - DEPUTAT  

CƏMİYYƏT

27 Yanvar 2022 | 16:20

"Onlar Qarabağda müvəqqətidirlər" - DEPUTAT

"Dövlət başçısı işğal edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planların sürətlə reallaşdırılmasını tam nəzarətində saxlayır. Əsarətdən qurtulan ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlanılıb. İndi hər kəs həmin ərazilərdə bərpa-quruculuq işlərinin birinci mərhələsinin necə geniş və əhatəli şəkildə vüsət almasına şahidlik edir. Azərbaycan üçün azad edilmiş ərazilərin dirçəldilməsi xüsusi tarixi bir missiyadır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Müşfiq Cəfərov bildirib.

O qeyd edib ki, torpaqlarımız azad olunandan sonra Azərbaycanın mədəni inkişafında da yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın əyani sübutudur. Müharibədən sonra Qarabağda aparılan tikinti-abadlıq işləri göz önündədir. Ölkə başçısının Qarabağa hər səfəri yeni layihələrin reallaşması ilə yadda qalır, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir".

Deputat bildirib ki, artıq Bakı-Ağdam, Bakı-Şuşa marşrut xətləri də fəaliyyətə başlayıb və sakinlər bununla da öz doğma torpaqlarını ziyarət edib, çoxdankı arzularını reallaşırırlar: "Gördüyümüz mənzərə odur ki, 30 il kimi uzun bir müddətdə hətta erməni xalqı da reallığı qəbul edib, o torpaqlardan öz doğma sahiblərinin izlərini silə bilməyiblər. Torpaqlarımız əsarətdə olarkən işğalçılar heç abadlıq-quruculuq işləri də aparmayıblar, hətta sakinlərimiz yaşadıqları evlərdən öz əşyalarını belə tapır. Bu da onu göstərir ki, mənfur qonşumuz da çox gözəl bilirdi ki, onlar bu yerləri sadəcə qəsb ediblər və Qarabağda müvəqqətidirlər. Şuşada olan abadlıq-quruculuq işləri, orada olan məscidlərin tarixiliyini qoruyaraq bərpası, bütün Azərbaycan xalqını qürurlandırır.

Doğrudur, Ağdam görənləri təəccübləndirir, əsl barbarlıq, vandalizm nümunəsi olan bu şəhər tamamilə dağıdılıb, lakin bərpa işlərinin yekun nəticəsində Ağdam tarixi şan-şöhrətinə qovuşacaq.

Mən düşünürəm ki, tezliklə qədim və bərəkətli torpaqlarımız əvvəlkindən gözəl bir məkana çevriləcək, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaq, Qarabağ yenidən xoşbəxtlik və firavanlıq diyarına dönəcək".

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026