"Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir".
Bakıvaxtı.az xəbər verir ki. bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "facebook" statusunda yazıb.
Onun bildirdiyinə görə, Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara “qırmızı” (fərqlənmə) diplom verilirdi: "Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı” diplom digərlərilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi".
Rektor deyib ki, vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır: "Amma buna baxmayaraq hələ də “qırmızı” diplom verilir".
Aytac Aslan
















