• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hansı qidalar “Omikron”dan qoruyur? - Dietoloq MƏSLƏHƏTİ

CƏMİYYƏT

27 Yanvar 2022 | 14:20 | Müəllif: Qalib İbrahimoğlu

Hansı qidalar “Omikron”dan qoruyur? - Dietoloq MƏSLƏHƏTİ

 

Virusdan qorunmaq üçün vaksinasiya olunsaq da, sağlam qida, həyat tərzi daha vacibdir. Əksəriyyət qidalanmaya önəm vermədiyi üçün immun sistemi zəifləyir və nəticədə, daha tez virusa yoluxur. Bəs virusdan qorunmaq üçün hansı qidalardan istifadə etməliyik?

Dietoloq Ofelya Tahirova Bakıvaxtı.az-a bildirib ki, tək “Omikron”dan yox, bütün viruslardan qorunmaq üçün ilk növbədə immun sistemimiz güclü olmalıdır: “İmmun sistemini gücləndirən amillər düzgün qidalanma, düzgün yuxu, stresdən uzaq olmaqdır. Çünki düzgün olmayan yuxu sistemi orqanizmi zəiflədir və orqanların fəaliyyətinə mənfi təsir göstərir. Əlbəttə ki, bütün bunların başında stress gəlir. Stress bir çox, hətta deyərdim ki, bütün xəstəliklərin başında durur. Əgər bir insan gün ərzində çox stress yaşayırsa, mütləq onun sağlamlığına təsir edir”.

Dietoloq qeyd edib ki, immun sistemini gücləndirən orqanizmə lazım olan makro və mikroelementlərin qəbuludur: “Burada zülal, karbohidrat, maqnezuim və s. nəzərdə tutulur. Bunlar hamısı minerallardır. Bura vitaminlər, maye qəbulu da daxildir. Sadaladıqlarım sağlam insanın qida rasionunda olmalıdır ki, immun sistemini gücləndirsin”.

Qida olaraq isə antioksidant yükü güclü olan qidalara üstünlük verməliyik. Çünki antioksidant yüklü qidalar virusların orqanizmdən çıxmağına səbəb olur və birbaşa immun sistemini gücləndirir. Həmçinin, orqanizmdə olan ağır metalları çıxarır və orqanizmin toksit yükünü azaldır. Xüsusilə ədviyyatlar çox güclü antiaksidant, antiviral və antibakterial təsirlidir: “Zəncəfili buna misal göstərmək olar. Ona görə də, koronavirus keçirən insanlara qida rasionlarına zəncəfili də daxil etməyi məsləhət görürdülər. Çünki zəncəfil çox möcüzəvi bitkidir. Bura ədviyyatlardan mixək, darçın, qırmızı pul bibər, qara istiot və sarıkök daxildir. Sadaladığım ədviyyatların hər biri virusların qarşısını almaq üçün köməkçi vasitələrdir”. O.Tahirovanın sözlərinə görə, virusa qarşı bitki çayları da çox yaxşı vasitədir. Çünki bitki çaylarının da tərkibi antioksidant yükü ilə zəngindir. Həmçinin sidikqovucu olduğu üçün orqanizmdən toksinləri və ağır metalları çıxarır: “Yaşıl çay, itburnu çayı, kəkotu çayı və çobanyastığı çayı çox yaxşıdır. Çobanyastığı çayı həm də antiseptik maddədir. Ona görə qida rasionumuzda olsa, yaxşı olar. Əlavə olaraq, sarımsaq çox güclü antioksidantdır. Bu səbəbdən, sarımsağı rasionumuza əlavə etmək məqsədəuyğundur. İmmun sistemini gücləndirir, tərkibində virus və infeksiyaya qarşı çox effektli maddə var. Həmçinin soğanın C vitamini yükü yüksəkdir. C vitamini orqanizmdə immun sistemini gücləndirir. Ümumiyyətlə,  C vitamini yüklü qidalara üstünlük verməliyik. Buna soğan, sitrus meyvələri, limon, portağal, kivi və narı misal göstərmək olar. Nar qanın normadan artıq laxtalanmasının qarşısını alır, qandurulducu xarakter daşıyır. Qan çox unikal bir meyvədir. Tərkibində çox miqdarda antioksidant var. Virus və infeksiyalarla mübarizədə çox yaxşıdır”.

O vurğulayıb ki, xüsusilə tərəvəzlər qida rasionumuzda bol olmalıdır: “Mövsümə uyğun tərəvəzlər çox yaxşıdır. Məsələn, kələmin virusa qarşı çox yaxşı mənfi təsiri var. Kələmin hər bir növündən istifadə edə bilərsiniz. Mövsümə uyğundursa, brokoli, gül kələm, adi kələm və aysberq kələmlərdən istifadə etmək olar, Rasionunuzda göyərtilər də üstünlük təşkil etsin. Göyərtilər immun sistemini gücləndirir, çünki tərkibi vitaminlərlə zəngindir. Bağırsaqların da fəaliyyətini yaxşılaşdırır. Yaxşı işləməyən bağırsaq mikraflorası ilə immun sistemini gücləndirmək mümkün deyil. Çünki immunitetin, təxminən, 70%-i bağırsaqda yerləşir. Ona görə bağırsağımızı da sağlam tutmalıyıq. Bunun üçün düzgün qida qəbul etməliyik”.

Çox qızardılmış, rafinə olunmuş qidalardan uzaq durmalıyıq. Emal görmüş, yəni mağazalarda aylarla qalan qidalar istehlak etməməliyik. Təbii kənd məhsullarına üstünlük vermək lazımdır. Rasionda ət, süd, balıq, dəniz məhsullarına çox yer vermək lazımdır.

Çərəzlərin tərkibində çox miqdarda doymamış yağlar var. Doymamış yağlar birbaşa immun sisteminin işini yaxşılaşdırır. Çərəzlərdən qoz, fındıq, badam çox təsirlidir. Həmin çərəzlərdə E vitamini zəngindir. E vitamini immun sistemini gücləndirdiyi üçün virus xəstəliklərinə qarşı çox effektlidir.

“Dəniz və süd məhsullarının, göbələyin, kərə yağının tərkibində D vitamini zəngindir. D vitamini immun sistemini gücləndirdiyi üçün təkibində olan qidalara üstünlük verməliyik”.

Dietoloq hesab edir ki, bu qaydalara əməl etsək, virusdan qoruna bilərik.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026