Azərbaycana payız fəsli daxil olub.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Bakıvaxtı.az-a bildirilib ki, payız ölkəmizə bu gün saat 16:43:36-da daxil olub.
Məlumata görə, payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.
Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayıb.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.
Mina Mikayılova
















