• Bakı 11° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Azərbaycanda bu şəxslərin aylıq vəzifə maaşları artırıldı

İQTİSADİYYAT

27 Dekabr 2024 | 12:43

Azərbaycanda bu şəxslərin aylıq vəzifə maaşları artırıldı

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 28 sentyabr 2004-cü il tarixli qərarında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən artırılıb.

Belə ki, maaşlar ali kateqoriya dövlət orqanları üzrə 400 manatdan 460 manata, 1-ci kateqoriya dövlət orqanları üzrə 385 manatdan 445 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrə 365 manatdan 425 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanları üzrə isə 345 manatdan 400 manata çatdırılıb.

Aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.


SON XƏBƏRLƏR

27 Dekabr 2024