• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq yük daşımaları azalıb

İQTİSADİYYAT

25 Yanvar 2025 | 15:29

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq yük daşımaları azalıb

2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyard 329,9 milyon ABŞ dolları dəyərində 7 milyon 724,5 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 7,6 % və 1,9 % azdır.

Ötən il dəmir yolu nəqliyyatı ilə 2 milyard 488,9 milyon min ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 4 milyon 947,5 min ton (7 % çox) yük idxal edilib, 841 milyon ABŞ dolları (26,9 % az) dəyərində 2 milyon 777 min ton yük (14,6 % az) yük ixrac olunub.


SON XƏBƏRLƏR

04 Fevral 2025