• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Deputat Azərbaycanda "TikTok"a girişin məhdudlaşdırılmasını təklif edir

CƏMİYYƏT

30 Dekabr 2022 | 11:31

Deputat Azərbaycanda "TikTok"a girişin məhdudlaşdırılmasını təklif edir

"Tiktok sosial şəbəkəsi bir çox ölkələrlədə səmərəli istifadə olunsa da, bu sözləri Tiktokun Azərbaycan seqmenti üçün demək mümkün deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. 

"Tiktok Azərbaycan gəncinin məhvə getməsinə səbəb olur" deyən deputat təklif edib ki, aidiyyatı qurumlar azyaşlıların TikToka girişini məhdudlaşdırsın.

Onun sözlərinə görə, məktəblər, qanunvericilik, valideynlərlə iş prinsipi səviyyəsində bu işə diqqət yetirilməlidir: "Bildirim ki, 16-24 yaşarası gənclərin Tiktokdan istifadəsi 60%-ə bərabərdir. Bir çox ölkələrdə məhkəmə qərarları ilə Tiktokun fəaliyyəti məhdudlaşdırılıb, dayandırılıb. Azərbaycanda da bu istiqamətdə iş görülməlidir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026