• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var -YENİLƏNİB

HADİSƏ

28 Dekabr 2021 | 14:32

Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki.  Mingəçevir şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb.

Partlayışın dalğasından həyətyanı sahədə dayanmış "VAZ" markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

...

11:40

Mingəçevirdə güclü partlayış baş verib.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli masssivində yerləşən evlərin birində qeydə alınıb.

Partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb. Həmçinin partlayışın təsirindən ona bitişik binaya da zərər dəyib.

Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər - 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.


Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var -YENİLƏNİBAzərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var -YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR