• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb

İQTİSADİYYAT

20 Aprel 2024 | 17:56

Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,7 % artaraq 452,1 milyon manat təşkil edib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövriyyənin 4 milyon 962,1 min manatı dövlət, 447,1 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 51 %-i hüquqi şəxslərin, 49 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 7,4 % artaraq 227,9 milyon manat olub.


SON XƏBƏRLƏR

21 Dekabr 2024