• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanda vergi ödəyicilərinin sayı ARTDI

CƏMİYYƏT

09 Dekabr 2022 | 15:04

Azərbaycanda vergi ödəyicilərinin sayı ARTDI

Bu il dekabrın 1-nə Azərbaycanda 1 399 990 vergi ödəyicisi olub.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 5,9 % çoxdur.

Sahibkarların 87,4 %-i fiziki şəxslər, 12,6 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 5,5 % (ümumi artımın 80,7 %-i) və 9,4 % (ümumi artımın 19,3 %-i) çoxdur.

Hesabat dövründə kommersiya qurumlarının sayı 10,3 % artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026