• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

İQTİSADİYYAT

18 Mart 2024 | 15:18

İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu, SOCAR-ın prezidenti Rövşən Nəcəfi və Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədovu qəbul edib.

İqtisadiyyat Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, qəbulda Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə genişləndiyi vurğulanıb.

Görüşdə Azərbaycan-İraq tərəfdaşlığının yüksələn xətlə inkişaf etməsindən məmnunluq bildirilib, iki ölkə arasında iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib.  İqtisadi-ticari, enerji, qeyri-neft-qaz, turizm və digər sahələrdə daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin potensialının olduğu qeyd edilib. Azərbaycan nümayəndə heyətinin səfəri zamanı müzakirə edilən məsələlərin ölkələr arasında effektiv işbirliyinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

 

***11:56

İqtisadiyyat naziri Mikayıl Cabbarov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    “İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə Prezident Əbdüllətif Camal Rəşidin qəbulunda olduq. Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə inkişaf etdiyi vurğulandı və mövcud iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib”, -deyə Mikayıl Cabbarov bildirib.


    SON XƏBƏRLƏR