• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Azərbaycan bu il 1,2 mlrd. manatlıq neft ixrac edib

İQTİSADİYYAT

16 Aprel 2024 | 15:08

Azərbaycan bu il 1,2 mlrd. manatlıq neft ixrac edib

Cari ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 233 891,32 min ABŞ dolları dəyərində 1 930 858,25 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 621 083,92 min dollar dəyərində 1 021 917,3 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-mart aylarında bu ölkəyə 454 380,81 min dollar 712 883,74 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 17 ölkəyə 3 490 147,94 min dollarlıq 5 600 505,94 ton neft ixrac edib.

    "APA-Economics" Azərbaycanın cari ilin yanvar-mart aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (həcminə görə) təqdim edir:


    SON XƏBƏRLƏR