• Bakı 20° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Bakıda əmək yarmarkası keçirilib

İQTİSADİYYAT

17 Aprel 2024 | 11:09

Bakıda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Texniki Universiteti (AzTU) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universisetində əmək yarmarkası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yarmarkada Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, AzTU-nun rektoru Vilayət Vəliyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, tələbələr, məzunlar iştirak ediblər.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. Rektor qeyd edib ki, son illərdə Azərbaycanda, eləcə də Qarabağın azad olunması ilə ölkədə sahibkarlığın inkişafı təmin olunur, tələbələrin, həm də məzunların əmək bazarına çıxışı üçün əlverişli şərait yaradılır.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli son illər Azərbaycanda məşğulluq sahəsində aparılan yenilik və islahatlardan danışıb. Sədr bildirib ki, dünyada baş verən müharibələr, bəzi ölkələrdə inkişaf səviyyəsinin fərqləndirilməsi, dünya iqtisadiyyatının süni zəka və texnologiyalarından asılılığın artırılması, ənənəvi enerjidən alternativ enerjiyə keçid kimi məsələlər əmək bazarında yenidən baxmağı zəruri edir:

"Azərbaycanda bu məsələyə önəm verir. Əmək bazarında daxil olan gənclər üçün yeni çağırışlar formalaşdırır. Yeni əmək bazarı bizə ixtisasımızı bir neçə dəfə dəyişməyə sövq edəcək. Çünki əmək bazarı bunu tələb edir. Biz həm müasir əmək bazarının tələblərinə uyğun ixtisas seçməliyik, həm də ixtisasımızı dəyişməyə uyğunlaşma bacarığımız olmalıdır. Universitet diplomu başlanğıcdır. Əmək bazarı ilə ayaqlaşmaq üçün daim çalışmaq lazımdır".

O bildirib ki, Agentlik ötən il 100 -dən çox əmək yarmarkası təşkil edib, bu il bu say 30-a çatıb: "Bununla işəgötürənlə işaxtaranları görüşdürürük".

Qeyd edək ki, yarmarkada 95 dövlət və özəl müəssisəsi tərəfindən ümumilikdə 800-dən artıq boş iş yeri və təcrübə proqramları təqdim edilib. Yarmarka iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, gənclərə yönəlmiş layihələr barədə də məlumat verilib.


SON XƏBƏRLƏR

29 Aprel 2024