• Bakı 18° C

    6.48 m/s

"Azərbaycanla matç bizim üçün vacibdir" - Domeniko Tedesko

İDMAN

18 Noyabr 2023 | 19:09 | Müəllif: Subhan Mahmudov

"Azərbaycanla matç bizim üçün vacibdir" - Domeniko Tedesko

"Azərbaycan millisinə qarşı keçirəcəyimiz matç olduqca ciddidir və bizim üçün vacibdir. Bakıda çətin anlar yaşadığımızı unutmamalıyıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib.

“Əlbəttə bəzi dəyişikliklər olacaq, çünki biz yenilik istəyirik. Azərbaycanın keyfiyyətli oyunçuları var. Onlar İsveç kimi güclü komandaya 3:0 hesabı ilə qalib gəldilər. Amma bizim də komandamızda Romelu Lukaku və Yan Vertongen kimi sərrast futbolçular var”, - deyə Tedesko bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026