• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

AzTV-nin baş rejissoru işdən çıxarıldı

CƏMİYYƏT

05 Aprel 2022 | 14:03 | Müəllif: Subhan Mahmudov

AzTV-nin baş rejissoru işdən çıxarıldı

AzTV-nin baş rejissoru Ziya Ağa vəzifəsindən uzaqlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə əmri bir müddət əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov imzalayıb.

Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az-a təsdiqləyib.

O bildirib ki, baş rejissor öz ərizəsi ilə işdən uzaqlaşdırılıb: “Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələlik təyinat yoxdur”.

Qeyd edək ki, dünən AzTV-nin bədii rəhbəri Ranar Musayevin işindən ayrılmasıyla bağlı xəbər yaymışdıq.

AzTV-dən onun vəzifəsindən kənarlaşdırılmasını əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqələndirmişdilər.(bakupost)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026