• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bakı-Sumqayıt sürət qatarı daşlandı

CƏMİYYƏT

06 Noyabr 2021 | 15:24 | Müəllif: Subhan Mahmudov

Bakı-Sumqayıt sürət qatarı daşlandı

Bakı-Sumqayıt sürət qatarına daş atan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19:00 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan üç yeniyetmə müəyyən edilərək saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026