• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azad edilmiş ərazilərdə təbii artım səviyyəsi ölkə göstəricisindən yuxarıdır

CƏMİYYƏT

06 Dekabr 2021 | 14:25 | Müəllif: Qalib İbrahimoğlu

Azad edilmiş ərazilərdə təbii artım səviyyəsi ölkə göstəricisindən yuxarıdır

“XXI əsrin əvvəlində mövcud olan iqtisadi çətinliklər, təbii artımın davamlı olaraq aşağı düşməsi, miqrasiyaların intensiv xarakter alması əhalinin sayının artımına da öz mənfi təsirini göstərib. İlk onillikdə Qarabağ iqtisadi rayonunda əhalinin sayı ölkə üzrə orta göstəricilərdən aşağı templə çoxalıb, ona görə də inzibati rayonların payı xeyli aşağı enib”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda Bakı Dövlət Universitetində keçirilən respublika elmi-praktik konfransında deyib.

Onun sözlərinə görə, mühüm demoqrafik göstəricilərdən biri sayılan təbii artımın səviyyəsi az vaxt ərzində sosial-iqtisadi, ictimai-siyasi və digər demoqrafik göstəricilərin təsiri ilə dəyişir: “Bu proseslər əhalinin sayının artımına, az vaxtdan sonra isə əmək ehtiyatlarının formalaşmasına ciddi təsir göstərir. 1990-cı ildə Qarabağda hər 1000 nəfərə görə təbii artım əmsalı 20,1, Şərqi Zəngəzurda 19,9 səviyyəsində olub. Bu isə respublika üzrə olan orta göstəricidən yuxarıdır. 1990-cı ildə Qarabağda doğulan uşaqların sayı 13,5 min nəfər, təbii artım 10,6 min nəfər təşkil edib. Şərqi Zəngəzurda müvafiq olaraq doğulan uşaqların sayı 5,9 min nəfər, təbii artım 4,5 min nəfər qeydə alınıb”.

Z.Eminov deyib ki, beləliklə, işğaldan azad edilmiş ərazilərin qeydiyyatda olan əhalisi arasında müstəqillik illərində doğum və təbii artım göstəriciləri davamlı olaraq yüksəlib. Onun dediyinə görə, bu proses 2015-2016-ci ilə qədər davam edib: “Kənd əhalisinin üstünlük təşkil etməsi ilə əlaqədar onun kəmiyyətləri ölkə üzrə orta göstəricidən yuxarı olub. Son dövrlərdə onlar azalmağa doğru gedir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026