• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bölgələrdə un bahalaşıb - VİDEO

CƏMİYYƏT

05 Yanvar 2022 | 13:53 | Müəllif: Subhan Mahmudov

Bölgələrdə un bahalaşıb - VİDEO

Şirvanda dünəndən etibarən 27 manata satılan 50 kiloqramlıq un 36 manat 80 qəpiyə, hətta bəzi yerlərdə 38 manata satılır.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, un satışı ilə məşğul olan iri ticarət mərkəzlərindən bildiriblər  ki, qiymət iri un istehsalçıları tərəfindən qaldırılıb.

Çörəyin qiymətində isə hələ ki, artım müşahidə olunmayıb.

Sabirabadda da unun qiyməti  dünən axşamdan artıb. Çörəyin qiyməti isə hələ ki, dəyişməyib.

Tovuzda da 30 manata satılan 50 kiloqramlıq un indi alıcılara 38-40 manata təklif olunur.

Satıcılar isə qiyməti artırmadıqlarını bildirirlər.

Sahibkarlar bahalaşmanı dünya bazarında ərzaq buğdasının qiymətinin artması ilə əlaqələndirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026