• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Koronavirus bu ixtisasları DAHA DA MƏŞHURLAŞDIRDI

CƏMİYYƏT

04 Fevral 2022 | 13:50 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirus bu ixtisasları DAHA DA MƏŞHURLAŞDIRDI

Pandemiya insanların sağlamlığına təsir etdiyi kimi sahələrə də təsirsiz ötüşmür. Belə ki, əvvəllər daha prestijli sayılan ixtisasları indi digərləri əvəz edib. Pandemiya ilə əlaqədar infeksionist, texnologiya elmləri və başqa bu kimi sahələrə maraq daha da artıb.

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, pandemiya şəraiti təhsil üçün böyük çağırışlar ortaya qoydu: “Peşə təhsili üçün bu çağırışlara cavab vermək, bir qədər çətin oldu. Çünki peşə təhsili mahiyyət etibarilə praktiki təlimlər və istehsalat təcrübəsinə əsaslanan bir öyrənmə prosesidir. Peşə seçiminin fərdi və ictimai tərəfi var. Əfsuslar osun ki, bizdə ictimai tərəf nəzərə alınmır. İnsanlar daha çox peşənin fərdi tərəfini nəzərə alırlar ki, bu ixtisasını başa vurduqdan sonra özümə necə karyera qura bilərəm. Amma çox az insan idealist olaraq düşünür ki, ölkəm, millətim üçün necə yardımçı ola bilərəm. Bu da peşə seçimində problemli tərəfdir”.

Ekspert perspektivli peşələri aşağıdakı kiçi sıralayır:

- Bank işçisi;

- Komputer mühəndisi;

- İT mühəndisi;

- Qida sahəsində mütəxəssis;

- Mailiyyə sahəsi;

 - İxtisaslaşmış həkimlər;

- Sənaye mühəndisləri.

“Perspektivsiz peşələr isə bunlardır:  Beynəlxalq münasibətlər, Sosial və humanitar sahələr, Pedaqoji ixtisaslar və sair”.

Ekspert qeyd edib ki, əvvəllər insan əməyi hər bir sahədə lazım olurdu, texnologiya inkişaf etdikcə tədricən işçi qüvvəsinə ehtiyac qalmır: “Artıq dünyada əksər sahələr robotlaşdırılır. Bu inkişaf peşə seçiminə də öz təsirini göstərir. Belə ki, əvvəllər "hörmətli" hesab edilən peşə və ixtisaslar indi məzunlar tərəfindən seçilmir, peşə və ixtisaslar məzunların seçiminə görə nüfuzlu və nüfuzsuz peşə və ixtisaslara bölünür. Bəzi ixtisaslarda isə rəqabət demək olar ki, yoxdur. Buna səbəb kimi bazar iqtisadiyyatında bu ixtisaslara olan tələbatı göstərmək olar: Məsələn, müəllimlik ixtisasının seçilən ixtisaslar arasında ilk yerdə olması sevindiricidir. Amma heç bir peşə bir başqa peşədən aşağı və ya yuxarı sinifləndirilə bilməz. Cəmiyyət bir bütündür və hər bir peşənin öz yeri var”.

K.Əsədov vurğulayıb ki, hər hansı bir qurumun ixtisas və peşələri sinifləndirməsi də düzgün deyil: “Belə ki, uzun müddətli strateji planlarda hansısa ixtisasa ehtiyac olduğu görülürsə, dövlət bu ixtisasları daha irəli çəkməlidir. Cəmiyyətdə bu ixtisasların təbliğatı aparılmalıdır. Məzunların bu istiqamətə yönləndirilməsi həyata keçirilməlidir. Bu, təkcə məzunların seçiminə buraxılsa, dövlət dəstəyi olmasa, 4-cü sənaye inqilabının tələbi olan Data elmi, Data analitik, humanitar sahələr, şəxsi psixoloq, şəxsi mentorluq, yeni yaranan və yeni yaranmaqda olan peşələrə kadr çatışmazlığı olacaq. Bu peşələrə ölkə miqyasında ehtiyac olanda isə ali məktəblərin həmin kadrları yetişdirmədiyi, vaxtında həmin ixtisaslar üzrə fakültələr açılmadığı üçün biz yenə də inkişafda olan ölkələri izləməli olacağıq. Ölkə miqyasında ixtisasların siyahısına yenidən diqqət yetirmək lazımdır”.

Onun sözlərinə görə, ixtisaslar haqqında məzunlara məlumat verilməlidir: “Şagirdlərin öz maraqları, öz istedadları istiqamətində ixtisaslar seçməsi təmin edilməlidir. 50 il əvvəl bir ali təhsil almaq, yəni 5 il oxumaq, 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. "Asan xidmət" çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiyasına əsaslanan yeni xidmətlər əmələ gələcək. Elektron hökumət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026